
Avstraliyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Avstraliya qitəsinin şərqində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.
Departamentin qeyd etdiyi kimi, təyyarə Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilidayl ərazisində qəzaya uğrayıb. Polis əməkdaşları, eləcə də dövlət təcili yardım və fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerindədirlər.
Qəzaya səbəb təyyarənin elektrik xətti ilə toqquşması olub.


