Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi nəyə xidmət edir?

Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi nəyə xidmət edir?


Beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməklə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Sülh və inkişaf üçün tarixi fürsətin əldə olunduğunu artıq hər iki tərəf - Azərbaycan və Ermənistan - təsdiq edib. Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı dekabrın 7-də birgə açıqlamada bunu bəyan ediblər. Bildirilib ki, iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. Ölkələr münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edirlər.

Təqdir olunası haldır ki, sülh prosesinə əngəl olan bəzi qüvvələr də iki ölkə arasında əldə olunan bu razılaşmanı alqışlayırlar. Lakin görünən odur ki, xaricdə erməni lobbisinin təsiri altında olan müəyyən dairələr Ermənistanda revanşist qüvvələrlə birgə bu təşəbbüsün baş tutmaması üçün əllərindən gələni edirlər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin səsləndirdiyi bəyanatı da bu qəbildən hesab etmək olar. O bəyan edib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artırmaq qərarına gəliblər. “Dekabrın 11-də Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib”, - deyə diplomat vurğulayıb.

Top