
Çempionlar Liqası: “Mançester Yunayted”lə “Qalatasaray” məğlub oldu
UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turuna start verilib.
EmpaTV.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. Türkiyə təmsilçisi həlledici oyunda minimal hesabla məğlub olaraq qitənin ali klub turniri ilə yollarını ayırıb. “CimBom” mübarizəyə Avropa Liqasında davam edəcək. “Mançester Yunayted”in isə ümumiyyətlə avroturnirlərlə vidalaşıb.
Çempionlar Liqası, qrup mərhələsi
A qrupu
00:00. "Kopenhagen" (Danimarka) - "Qalatasaray" (Türkiyə) - 1:0
Qol: Leraqer, 58
Qırmızı vərəqə: Leraqer, 90 ("Kopenhagen")