Falçılar hardan bilirlər ki?...

Falçılar hardan bilirlər ki?...



Həyatımızda bəlkə də bir dəfə də olsun falçıya getmisinizsə və ya gedənlərdən hər hansısa bir məlumat eşidmisiniz. Bəs maraqlı gəlib ki, ilk dəfədir tanışırıq hardan bu qədər şey bilir. Necə də doğru dedi və ya etdiyi fal necədə özünü doğrultdu. Bunlara geniş bir açıqlama verə bilərik. Fikirlər çoxdur, lakin buna konkret qısa olaraq fikir bildirək. İlk öncə fikir verək ki, 100 də 90 % qadın falçı olur. Çünki qadınlar bədən dilini, emosiyaları asanlıqla fərqləndirə bilir. Onların sadəcə bir sözlə ünsiyyətə başlamasilə artıq bir çox şeyi bilir. Necə? Beləki bizim onların sözlərinə qarşı verdiyimiz cavab reaksiyası ilə, kiçik bir mimik ilə onları təsdiqləməyimiz daha ətraflı bizim haqqımızda nəsə deməsinə şərait yaradır. Əslində belə baxdıqda bu özüdə bir istedaddır.
Yəni qısaca demək olar ki , insanların davranışlarından, sözlərindən, səs tembrindən və s. insanları tanıyan normal şəxslərdə nələrsə deyə bilər. Halbuki falçı deyil.
Bəs etdikləri falın gerçəkləşməsinə necə izah verə bilərik. Beləki biz insanlar hər zaman nə deyirik, inansan olacaq, inam çox güclü bir hissdir. Necə ki, öz dinimizə inanırıq dua edirik : müsəlmanların Allaha, buddistlərin buddaya , xristianların İsa peyğəmbər xaça və s inananaraq dua etməsi və gerçəkləşməsinə inanması kimi falçıya da inanıb gerçəkləşməsini gözləyirik. Qısaca burda bəzi falçılara inanmağın səbəbi onların bizlər haqqında verdiyi yorumlara təsdiqləmək və arada inam yaratmaqla edəcəyi falda nələrinsə gerçəkləşməsinə inandırır.Təbii ki bu hamıya şamil edilmir. Realda da tilsim vardır, hətta, Qurani Kərimdə Allah da "fələk" surəsində də vurğulamıştır. Gerçək isə istədiklərimizin olması üçün hərəkət etməkdir ona uyğunlaşmaqdır. Bir sözlə həyatda ən çox özünüzə inanın kiminsə köməyi olmadan da nələrsə edə bilərik. Falçıya inanan şəxslər. Xəstəliyin sadəcə dərmanla sağalmasına inanmaq  kimi bir şeydir. Siz necə inanırsınız falçılara?

Müəllif: Aydan Məmmədova

Redaktor: Nərgiz Məmmədli
Top