
Əməkdar artist qəzaya düşüb
Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün öncə ağır qəza keçirib.
EmpaTV-nin əldə etdiyi məlumata görə, Sumqayıt şossesində hərəkət halında olan avtomobil qarşıda sürətini azaltmış maşınla toqquşub. Nəticədə isə zəncirvari qəza baş verib.
Avtomobil tamamilə sıradan çıxsa da, sənətçi xəsarət almayıb.