
Çempionlar Liqası: 1/8 finala vəsiqə qazanan son iki komanda müəyyənləşib
UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Son gündə daha dörd qrupda mübarizə başa çatıb.
E, F, G və H qruplarında buna qədər “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni təmin etmişdilər.
Son matçların ardından “Portu” və PSJ də onlara qoşulublar.
Bununla da qitənin ən nüfuzlu klub turnirində bütün 1/8 finalçılar bəlli olub.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
E qrupu
“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0