
Qadın ərindən boşanmağa "Osman, cəhənnəmə gedə bilərsən" sözləri yazılmış avtomobillə getdi
Gənc qadın boşanma mərasiminə gəlin maşını kimi bəzədiyi və üzərində "Osman, cəhənnəmə get" sözləri yazılmış avtomobillə gəlib.
EmpaTV.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Qadın yol boyu insanlara siqnal verib, video çəkib. Yoldan keçən insanlar bəziləri qadını təbrik edib. Çiçək və yazılarla bəzədilmiş maşını ilə küçə və prospektləri gəzən Gülşah A. adlı qadının arxasınca digər sürücülər də düşüb şənliyə qatılıblar. Sürücülər həmin anları mobil telefonları ilə lentə alıblar.
