
Konfrans Liqası: “Fənərbağça” qrup lideri kimi pley-offa çıxdı
UEFA Konfrans Liqasında son turun matçları keçirilir.
EmpaTV.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubunun yer aldığı H qrupunda artıq mübarizə başa çatıb.
Son turda İstanbulda Trnava “Spartak”ını qəbul edən “sarı lacivərdlər” darmadağına imza atıblar - 4:0. Bu, “Fənər”ə 12 xal toplayaraq qrup lideri kimi turnirin pley-off mərhələsinə yüksəlmək imkanı verib.
Qrupun digər görüşündə “Lüdoqorets” “Norşellan”a minimal hesabla qalib gələrək adını növbəti mərhələyə yazdırıb - 1:0. “Spartak” isə 1 xalla qrupda sonuncu yerdə qalıb.