Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub


Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1800 m² (hər mərtəbəsi 600 m²) olan üçmərtəbəli restoranının havalandırma qurğusunun mühərriki yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Top