Bakıda yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb

Bakıda yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb


Bakının Xəzər rayonunda 52 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“EmpaTV” xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Natiq Mahmud oğlu Bünyadov Natiq Mahmud oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırparaq aşırıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Top