Bundesliqa: “Bavariyadan inamlı qələbə”

Bundesliqa: “Bavariyadan inamlı qələbə”


Almaniya Bundesliqasında XV tur çərçivəsində “Bavariya” evində “Ştutqart”la qarşılaşıb.

EmpaTV.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı H.Keyn ikinci dəqiqədə açıb. Futbolçu 55-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Görüşdə yekun hesabı M.Kim müəyyən edib.

Qələbə sayəsində “Bavariya” ikinci pillədəki yerini qoruyub (35 xal). “Ştutqart” isə 35 xalla dördüncüdür.

Top