
Video üçün canından olurdu! Raketatan məşhur yutuberin əlində partladı
Keçmiş ABŞ əsgəri və yutuber Adam Noulz raketatan qurğusunu sınaqdan keçirərkən video çəkiliş zamanı qəza keçirib.
EmpaTV xarici mənbəyə istinadən xəbər verir ki, "RPG-7" reaktiv yaylım atəşi silahı partlayan zaman fenomenin kəllə sümüyü sınıb və beyin qanaması keçirib.
Partlayış nəticəsində çənəsi qırılan, kəllə sümüyü çatlayan və bədənində 3-cü dərəcəli yanıqlar olan Adam xəstəxanaya aparılıb. Hazırda sağalma mərhələsində olan Adam yaşadığı dəhşətli hadisənin görüntüləri ilə bağlı heç nə xatırlamadığını bildirib.
Fenomen düşdüyü zərərə baxmayaraq, məzmun istiqamətini davam etdirəcəyini bildirib.