
Valideyn hamilə müəllimi DÖYDÜ
Valideyn uşağını sinif otağına qədər aparmaq istəyib. Bunu rədd edən müəllimlə valideyn arasında mübahisə başlayıb.
EmpaTV xarici mediaya istinadən xəbər verir ki, hadisə Dekabrın 13-də Türkiyənin İistanbul şəhərində Şahintəpə rayonunda Hacı Əli Osman Gül İbtidai məktəbində baş verib.
Valideyn hamilə müəllimi və mühafizəçini yumruqlayıb. Məktəbin mühafizəçisi valideynin Milli Təhsil Nazirliyinin nizamnaməsinə uyğun olaraq içəri daxil olmasına icazə verməyib. Bu vəziyyətdən əsəbiləşən M.Ö adlı valideyn zorla məktəbə girib və eyni səbəbdən sinifdə mübahisə etdiyi 3 aylıq hamilə müəllim E.Ç-ni təhqir edərək döyüb.
Polis hadisə ilə bağlı araşdırma başladıb.