Lənkəranda balıqçılığın dünəni yaxşı idi, bu günü bərbaddır, bəs sabahı?

Lənkəranda balıqçılığın dünəni yaxşı idi, bu günü bərbaddır, bəs sabahı?


Son onilliklər ərzində Lənkəranda balıqçılıq geriləmə dövrünü yaşayır. Bir zamanlar keçmiş sovetlər birliyinin balıqçılıq sənayesinə böyük töhfələr verən Lənkəranın bazarlarında yerli balıq tapmaq müşkülə çevrilib. Bu problem özünü daha çox bayram ərəfələrində göstərir, həm keyfiyyətdə, həm də qiymətdə.

Məsələnin aktuallığını nəzərə alaraq Lənkəranda balıqçılığın mövcud vəziyyəti barədə maraqlanıb.

Öncə qeyd edək ki, Lənkəranın Xəzər sahilindəki əlverişli təbii şəraiti bu yerlərin sakinlərində qədimdən balıqçılığa, ovçuluğa maraq yaradıb. XIX əsrin ortalarında isə Lənkəranda balıqçılıq sənaye sahəsi kimi inkişaf mərhələsini yaşayıb. Hətta keçmiş Lənkəran qəzası XIX əsrin ikinci yarısında balıqçılığın inkişafına görə Cənubi Qafqazda birinci yeri tutub. Qumbaşı və Sarı adasındakı yerli böyük balıqçılıq müəssisələri fəaliyyət üçün uzun müddətə əcnəbi icarədarlara verilib. İnqilabdan sonra isə bu müəssisələri balıqçılıq kolxozları əvəz edib.

Top