Luis Suares Lionel Messi ilə eyni komandada oynamağın bir addımlığında

Luis Suares Lionel Messi ilə eyni komandada oynamağın bir addımlığında


Uruqvaylı hücumçu Luis Suares ABŞ-nin “İnter Mayami” futbol klubu ilə bir illik razılaşmaya imza atacaq.

Bu barədə insayder Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Müqavilə bir ay əvvəl əldə edilmiş şifahi razılaşmadan sonra artıq imzalamaya hazırdır”, - F.Romano yazıb.

İnsayder əlavə edib ki, müqaviləyə görə, futbolçuya növbəti mövsümdə azad seçim hüququ da verilib.

Top