
Əlibaba Məmmədovun qızı: “Atamın mahnılarının varisi mənəm, mahnılarını oxuyanda məndən icazə almırlar”
“Atamın sənətdəki yolunu nəsildən heç kim davam etdirmir. Heç birinin səsi atamın səsi qədər gözəl olmayıb. Olsaydı, bu sənətin ardınca gedərdilər. Atamın əmisi çox yaxşı oxuyan olub. Atam bu haqda kitablarında da yazıb. Elə atamda da sənətə həvəs əmisindən gəlib. Əlibaba müəllimin nəticələri, yəni mənim nəvələrim instrumental alətlərdə ifa edirlər, təhsil alırlar. Oğlan nəvəm klarnet ifaçısı kimi artıq toylara gedir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.
