Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir


Azərbaycanın UNESCO-dakı nümayəndəliyi Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi “X” sosial şəbəkə platformasında paylaşım edib.

“Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Dövlət başçımıza uzun ömür, möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində yeni nailiyyətlər arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.

Top