Güclü külək Cəlilabad və Biləsuvarın bəzi ərazilərini işıqsız qoyub - YENİLƏNİB

Güclü külək Cəlilabad və Biləsuvarın bəzi ərazilərini işıqsız qoyub - YENİLƏNİB


Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Top