Lənkəranda çağırışa gedən təcili yardım avtomobilinin üzərinə ağac düşüb

Lənkəranda çağırışa gedən təcili yardım avtomobilinin üzərinə ağac düşüb


Lənkəranda külək ağacı çağırışa gedən təcili tibbi yardım avtomobilinin üzərinə aşırıb. Avtomobilə ziyan dəyib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə güclü külək Lənkəran rayonunun Sütəmurdov və Separadi kəndlərində ağacları yola aşırıb. Hazırda həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Güclü külək davam edir.

00:25

Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Bu barədə “EmpaTV"-nin yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Top