İsmayıllıda ana doğuş zamanı ölüb?

İsmayıllıda ana doğuş zamanı ölüb?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İsmayıllıda qeysəriyyə əməliyyatı edilən ananın həyatını itirməsi barədə açıqlama verib.

Qurumdan EmpaTV-nin sorğusuna cavab olaraq bildirilib ki, 1992-ci il təvəllüdlü, İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ülviyyə Hacı qızı Əhmədova 23 dekabr saat 10:20-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub:

“Xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Lakin dekabrın 24-ü səhər saatlarında ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Onu da qeyd edək ki, meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”.

11:01

Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Ülviyyə Əhmədovanın bir gün öncə qeysəriyyə əməliyyatı olunduğu müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

09:32

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

EmpaTV-nin məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova doğum zamanı vəfat edib. 

Qeyd edək ki, onun üç övladı var.

Top