Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Sumqayıtda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub.

“EmpaTV”nin yerli bürosu xəbər verir ki, Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Vüsal Rəhman oğlu Xangəldiyevin idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Elşən Balamirzə oğlu Cəfərovun idarə etdiyi QAZ-31 markalı avtomobil toqquşub.

Qəza zamanı avtomobillərdən biri həmin ərazidən keçən piyadanı vurub. Zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır

Top