Bir qrup media nümayəndəsi Şuşaya yola düşüb

Bir qrup media nümayəndəsi Şuşaya yola düşüb


Bir qrup media nümayəndəsi Şuşaya səfər edir.

“EmpaTV”nin Qərb bürosunun məlumatına görə, Gəncə şəhərindən yola düşən avtobus bir neçə saatdan sonra Şuşa şəhərinə çatacaq.

Səfər çərçivəsində Şuşada aparılan yenidənqurma işləri ilə tanışlıq olacaq, tarixi abidələr və şəhərin görkəmli yerləri ziyarət olunacaq.

Qeyd edək ki, media nümayəndələrinin Şuşaya səfərini Medianın İnkişafı Agentliyi təşkil edib.

Top