London derbisi: “Arsenal” öz meydanında uduzdu

London derbisi: “Arsenal” öz meydanında uduzdu


İngiltərə Premyer Liqasında XIX turun daha bir oyunu başa çatıb.

London derbisində “Arsenal” və “Vest Hem” komandaları üz-üzə gəlib.

İlk hissənin əvvəlində, 13-cü dəqiqədə Tomas Souçek görüşdə hesabı açaraq “Vest Hem”i irəli çıxarıb. İkinci hissənin 55-ci dəqiqəsində isə Konstantinos Mavropanos fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da yekunlaşıb.

Hazırda “Arsenal” turnir cədvəlində ikinci yerdədir. Komanda 19 görüşdən 40 xal toplayıb. “Vest Hem” isə yeddincidir. Klubun aktivində 33 xal var.

Top