"Ruhun Meracı" Mənə bir mən lazım, bir də anlayan...


"Empa TV" Sosial-psixoloji Medianın təşkilatçılığı və "Empati Teatr" studiyası, "Uğurum" rəqs qrupu, Shine Quantum, "Lala Healing Academy"nin əməkdaşlığı ilə hazırlanan "Ruhun Meracı" adlı mediativ konsert 27 Dekabr 19:00-da Azərbaycan TEATR İTTİFAQININ böyük səhnəsində baş tutdu.

"Ruhun Meracı” - Yunis Əmrə,İmadəddin Nəsimi,Cəlallədin Rumi və Məhəmməd Füzulinin yaradıcılığı, folklor mətnləri,o cümlədən meditasiyalar əsasında hazırlanan bu konsert tamaşaçıların xatirində unudulmaz izlər qoydu.Qeyd edək ki,beləliklə,Azərbaycanda meditasiya konsertini ilk dəfə Empa TV həyata keçirdi.


İdeya müəllifi - Sevinc Rəcəbova
Quruluşçu rejissor - İsmayıl Mirzəcanov
Top