Türkiyə kəşfiyyatından əməliyyat: Sinaqoq və kilsələrə hücuma hazırlaşan 32 terrorçu ələ keçirildi

Türkiyə kəşfiyyatından əməliyyat: Sinaqoq və kilsələrə hücuma hazırlaşan 32 terrorçu ələ keçirildi


Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı Türkiyədə sinaqoq və kilsələrə, həmçinin İraq səfirliyinə hücum etməyə hazırlaşan terrorçular ələ keçirilib.

3-ü İŞİD terror təşkilatının məsul üzvü olmaqla məsələ ilə bağlı 32 şübhəli saxlanılıb.

İŞİD üzvləri olan “Abu Yakin El İraki” kod adlı Mikbel Əş-Şuveysi və “Abu Leys” kod adlı Məhəmməd Hilaf İbrahimin Türkiyədəki sinaqoq və kilsələrə, Abdullah El-Cumeyli İyheb Elaninin isə İraq səfirliyinə qarşı terror aktı həyata keçirməyə hazırlaşdığı məlum olub.

Əməliyyat nəticəsində təşkilata aid çox sayda rəqəmsal material da ələ keçirilib. Həmçinin saxlanılanlar verdikləri ifadələrdə İŞİD-ə qoşulmaları, Suriya və Türkiyədə bununla bağlı fəaliyyət göstərən şəxslər və həyata keçirilən işlər barədə məlumat veriblər.

Top