
Xaçmazda yaşlı qadının meyiti tapılıb
Xaçmaz şəhərində 82 yaşlı qadının meyiti tapılıb.
EmpaTV xəbər verir ki, hadisə şəhərin Qaqarin küçəsində baş verib.
Belə ki, 1941-ci il təvəllüdlü Məleykə Arzuman qızı Şərifovanın meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.
Onun dəm qazından öldüyü ehtimal edilir.
M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.