İranda müəllimlər altı gündür dərsləri dayandıraraq etiraz aksiyası keçirirlər

İranda müəllimlər altı gündür dərsləri dayandıraraq etiraz aksiyası keçirirlər


İranın Yəzd əyalətində müəllimlər altı gündür dərsləri dayandırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, sosial xidmətlərdən yararlana bilməyən müəllimlər altı gündür dərsləri dayandıraraq valilik binasının önündə etiraz aksiyası keçirirlər.

Narazı müəllimlər “Problemimiz həll olmayıb, dərslər dayandırılıb!” şüarı səsləndiriblər.

Top