
Bakıda 53 yaşlı qadını avtomobil vurub
Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
EmpaTV-nin məlumatına görə, avtomobil 1970-ci il təvəllüdlü Nəzakət Əsəd qızı Cəbrayılovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.