Şabranda avtomobil maneəyə çırpılıb: Xəsarət alanlar var

Şabranda avtomobil maneəyə çırpılıb: Xəsarət alanlar var


Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

EmpaTV-nin məlumatına görə, hadisə Şabran-Surra avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1980-cı il təvəllüdlü Zahir Tahir oğlu Quliyev, 1996-cı il təvəllüdlü Fəqan Dünyamalı oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Əmrah Əlipaşa oğlu Qafarov müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib və müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Top