Almaniyada üç nəfər pirotexniki vasitələrdən istifadə edərkən ölüb

Almaniyada üç nəfər pirotexniki vasitələrdən istifadə edərkən ölüb


Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində üç nəfər ölüb.

Məlumata görə, ölüm halları Bavariya, Reynland-Pfalz və Saksoniya federal əyalətlərində qeydə alınıb.

Ümumiyyətlə, Almaniyada hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, Yeni il gecəsi əvvəlki illərlə müqayisədə nisbətən sakit keçib.

Eyni zamanda təkcə Berlində 400-ə yaxın adam saxlanılıb, 50-dən çox polis əməkdaşı yaralanıb.

Top