Naxçıvanda QƏZA: Xəsarət alanlar var

Naxçıvanda QƏZA: Xəsarət alanlar var


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində Naxçıvan şəhər sakinləri - 1972-ci il təvəllüdlü Leyla Qərib qızı Əliyeva, 1983-cü il təvəllüdlü Jale Qərib qızı Qurbanova və 1947-ci il təvəllüdlü Tamara Süleyman qızı Süleymanova xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Top