İsrail Beyrut yaxınlığındakı HƏMAS qərargahını vurdu: Ölənlər var

İsrail Beyrut yaxınlığındakı HƏMAS qərargahını vurdu: Ölənlər var


Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun sədr müavini Saleh əl-Aruri öldürülüb.

O, Beyrut (Livan) ətrafında yerləşən şiələrin yaşadığı Dahiya qəsəbəsində həlak olub.

Məlumata görə, İsrail PUA-sı buradakı HƏMAS qərargahına zərbə endirib.

HƏMAS hücum nəticəsində ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb. Onların arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.

Top