
Dünyanın əsas mərkəzi banklarının iclasları fonunda neft qiymətləri cüzi düşüb
Dünya bazarında neft qiymətləri dörd həftəlik artımdan sonra cüzi düşüb.
Araşdırmalara istinadən bildirilir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,2 % ucuzlaşaraq 1 bareli 80,72 ABŞ dollarına satılıb. "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,21 % düşüb və 1 bareli 76,91 ABŞ dolları təşkil edib.
Bu həftə birjaların əsas diqqəti dünyanın əsas mərkəzi banklarının iclaslarına yönəlib. Analitiklər hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini illik 5-5,25%-lik hazırkı səviyyədən 25 baza bəndi səviyyəsində artıracaq.
Ənənəvi olaraq, monetar sərtləşdirmə milli valyutanın dəyərini artırır və xammal məhsullarının digər valyutalarla alışının əlçatanlığını azaldır.