
Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub: Sürücü xəsarət alıb
Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub, sürücü xəsarət alıb.
“EmpaTV" nin məlumatına görə, Oğuz-Şəki avtomobil yolunun Oğuz şəhəri ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Səbuhi Ceyhun oğlu Adıyevin idarə etdiyi “Khodro Runo” markalı avtomobil qarşısına çıxan atı vurub.
Nəticədə at ölüb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.