
Qaradağda avtomobillər toqquşub: Yaralanan var
Bakının Qaradağ rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“EmpaTV” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Elmar Süleyman oğlu Süleymanov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.