Almaniyada fermerlərin etirazlarına görə “Volkswagen” işini dayandırıb

Almaniyada fermerlərin etirazlarına görə “Volkswagen” işini dayandırıb


Alman avtomobil istehsalçısı “Volkswagen” Emdendəki (Aşağı Saksoniya) zavodunda istehsalı dayandırıb.

Məlumata görə, buna səbəb fermerlərin genişmiqyaslı etirazlarıdır. Etirazçılar fabrik ərazisinə girişləri bağlayıb, işçilər işə gedə bilmirlər. Yanvarın 9-da istehsalın bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, dünən axşamdan Almaniyanın hər yerindən gələn yüzlərlə fermer etiraz əlaməti olaraq traktorları Brandenburq qapısına aparıb. Etirazlar silsiləsi yanvarın 15-dək davam edəcək, həmin gün Berlində böyük mitinq keçiriləcək.

Top