Fransa neokolonializminin ifşası: Azərbaycanın bəşəriyyət qarşısında böyük missiyası

Fransa neokolonializminin ifşası: Azərbaycanın bəşəriyyət qarşısında böyük missiyası


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara geniş müsahibə verib. Dövlət başçısı bir çox məsələlərlə yanaşı, Fransanın Azərbaycana qarşı qərəzli, riyakar mövqeyi, birtərəfli siyasətinə də toxunub. Emmanuel Makronun prezidentliyi illəri birmənalı şəkildə Fransanın çöküşünə səbəb olub və əksər beyin mərkəzləri, media orqanlarının hesabatı da bunu təsdiq edir. Ölkə Prezidenti də müsahibəsində bu məsələyə bir daha toxunub. Fransa da daxil bir sıra ölkələrdə populistlərin, demaqoqların hakimiyyətə gəlməsini və bunun da nə ilə nəticələndiyini açıq ifadə edib. Müsahibədə müasir Fransanın düşdüyü rəzil durum, vəziyyət, faktlarla, sübutlarla sadalanır.

Birincisi, xarici və daxili siyasətdə uğursuzluqlar, müstəmləkələrdən qovulma, məhz E.Makronun dövründə güclənib, yəni onun yarıtmaz siyasətinin nəticəsidir. İş o həddə çatıb ki, Fransa Senatının deputatları, siyasilər dəfələrlə bu məsələ ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Artıq Nigerdən biabırcasına qovulma baş verib, analoji proseslərin Qabonda və digər keçmiş müstəmləkələrdə də yaşanacağı gözlənilir. Məsələn, Fransa zülmündən əziyyət çəkən Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib. Onlar Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində qeyri-sabitlik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiyaya dəyişikliklər etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd konstitusiya islahatlarına “yox” deyirlər. Bu fakt da E.Makron hökumətinin siyasətinin uğursuzluğuna bir işarədir.


Top