
Yer maşını “uddu”: Rusiyalı sürücünün çətin anları
Rusiyalı qadın sürücü avtomobilini yolda sürərkən birdən-birə özünü “yerin içində” görüb. Hadisə Azov şəhərində baş verib.
Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım çağırılıb. Qadın avtomobilinin yük yerindən çıxarılıb.
Məlumata görə, o, xəsarət almayıb, sadəcə bərk qorxub.