
Bakının Yasamal rayonunda iki yük avtomobili toqquşdu
Bakının Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
EmpaTV.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə zamanı “KamAz” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.