Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vurub


Sabirabadda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

VAZ-2106 markalı avtomobil yolu keçən Sabirabad rayonunun Minbaşı kənd sakini, 1980-ci il təvəllüdlü Günel Əlövsət qızı Balayevanı vurub.

Piyada ağır sınıq xəsarəti ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Top