
Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ
Bu gün dünyaşöhrətli alpinist İsrafil Aşurlunun ad günüdür. İ.Aşurlu 1969-cu ildə Bakı şəhərində anadan olub.
Müxtəlif zirvələri fəth edən alpinist 2007-ci ildə dünyanın ən hündür dağ zirvələrindən olan Everestə (8 848 metr) Azərbaycan bayrağını sancıb. Bununla da bu zirvəyə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşüb.
2010-16-cı illərdə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.
Əfsanəvi azərbaycanlı alpinist 55-ci doğum günündə EmpaTV.az-ın suallarını cavablandırıb.
- İsrafil bəy, seçdiyiniz peşə o qədər çətindir ki, burada sanki insan özü ilə yarışır. Siz zirvəyə qalxan zaman necə, özünüzlə, yoxsa təbiətlə mübarizə aparırsınız?
- Burada cavab elə sizin sualdadır. Alpinizm dəf etməkdir, macəradır. Alpinizm öz üzərində qələbə çalmaqdır. Alpinizm azadlıqdır, fəlsəfədir, həyat tərzidir.
