Türkiyə Kuboku: “Qalatasaray” rəqibinə şans vermədi

Türkiyə Kuboku: “Qalatasaray” rəqibinə şans vermədi


Türkiyə Kubokunda V mərhələnin daha bir oyunu başa çatıb.

“Qalatasaray” doğma meydanda aşağı liqa təmsilçisi “Ümraniyespor”la qarşılaşıb.

“Cim-bom” matça demək olar ki, ikinci heyətlə çıxıb. Buna baxmayaraq, “sarı-qırmızılar” rəqibini darmadağın etməyi bacarıb - 4:1. Bununla da, İstanbul klubu turnirin 1/8 mərhələsinə yüksəlib.

Qeyd edək ki, hazırda “aslanlar” Super Liqada 51 xalla lider “Fənərbağça”nın ən yaxın izləyicisidir.

Top