“İnter” İtaliya Superkubokunun ikinci finalçısı oldu

“İnter” İtaliya Superkubokunun ikinci finalçısı oldu


“İnter” İtaliya Superkubokunun finalına yüksəlib.

Komanda Ər-Riyadda baş tutan yarımfinal oyununda “Latsio” üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

17-ci dəqiqədə Markus Turam “İnter”i hesabda irəli çıxarıb. İkinci hissənin əvvəlində isə Hakan Çalhanoğlu penaltidən hesabı 2:0-a çatdırıb. 87-ci dəqiqədə Davide Frattesi sonuncu qolu vurub.

Finalda “İnter” “Napoli” ilə qarşılaşacaq. İtaliya Superkubokunun finalı yanvarın 22-də Ər-Riyadda keçiriləcək.

Top