Geosiyasi vəziyyət gərginləşir: NATO Çinə qarşı mübarizəni genişləndirir - “KASPİ”nin TƏHLİLİ

Geosiyasi vəziyyət gərginləşir: NATO Çinə qarşı mübarizəni genişləndirir - “KASPİ”nin TƏHLİLİ


Qərbin üç güc mərkəzi - ABŞ, Avropa İttifaqı və Yaponiya Çini bütün istiqamətlərdə “saxlama” səylərini gücləndirməkdə israrlıdırlar. Yaponiya və ABŞ Çini tək iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində cilovlamaq üçün “Azad və açıq Hind-Sakit okean regionu” strategiyasını fəal şəkildə təbliğ edirlər.

NATO yeni “soyuq müharibə” kontekstində diqqətini Asiya-Sakit okean regionuna yönəldib. Bölgədə Çinin artan qüdrəti ABŞ başda olmaqla, Qərb dünyasını hərəkətə keçməyə vadar edib. Daha çox Çinin qonşusu Yaponiya narahatdır. İki ölkənin qarşılıqlı olaraq yüksək ticari və iqtisadi asılılığı var. Amma buna baxmayaraq, ölkələr arasında təhlükəsizlik sahəsində gərginlik artmaqdadır. Görünən odur ki, kollektiv Qərbin üç güc mərkəzi - ABŞ, Avropa İttifaqı və Yaponiya Çini bütün istiqamətlərdə “saxlama” səylərini gücləndirməkdə israrlıdır. Yaponiya və ABŞ Çini tək iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində cilovlamaq üçün “Azad və açıq Hind-Sakit okean regionu” strategiyasını fəal şəkildə təbliğ edirlər

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Çin etiraz edir

Bu fonda NATO-nun Yaponiyada ofis açmaq istəyi Pekində ciddi narahatlıq yaradıb. Tokio hesab edir ki, Rusiyanın Ukraynaya hücumu dünyada sabitliyi zəiflədib. Buna görə də, Şərqi Asiyada NATO ilə əməkdaşlıq aktuallaşıb. Çin də bununla bağlı açıqlama verərək NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını bəyan edib. Çin hesab edir ki, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”.


Top