
Azərbaycanın üç atleti olimpiadaya lisenziya xarakterli yarışda final mərhələsinə yüksəlib
Azərbaycanın üç atleti Qazaxıstanın Ust-Kameneqorsk şəhərində keçirilən Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarışda final mərhələsinə yüksəlib.
“EmpaTV " nin məlumatına görə, bunlar İlahə Quliyeva, Lamiyə Vəliyeva və Əlhəm Nağıyevdir.
Qadın atletlər 400 m, Ə.Nağıyev isə 60 m məsafəyə qaçışda bunu reallaşdırıb.
Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.