Makronun puç olan Ermənistan planı: Erməni mediası Fransanı ifşa edir - ŞƏRH + FOTO
Demokratiya, insan haqları, söz və mətbuat azadlığı adı altında dünyaya haqq-ədalət dərsi keçməyə cəhd göstərən Fransa riyakarcasına müstəqil dövlətlərin daxili işlərinə qarışır, münaqişələrə son qoymaq əvəzinə, onların alovlanmasına rəvac verir. Artıq əksəriyyət də etiraf edir ki, məhz indiki hakimiyyətin idarəçiliyi dövründə Fransa tarixinin ən biabırçı illərini yaşayır. Keçmiş müstəmləkələrindən biabırcasına qovulma, xarici siyasətdə yaşanan uğursuzluqlarla yanaşı, ölkə daxilində problemlər də pik həddə çatıb. Miqrantlarla bağlı sərt qanunların qəbulu, islamofobiya ilə yanaşı, antisemitizm halları pik həddə çatıb. Hökumətdə dalbadal aparılan dəyişikliklər də bunun tərkib
Birtərəfli qaydada işğalçı Ermənistana dəstək isə Fransanın müasir siyasətinin əsl mahiyyətini göstərir. Prezident Emmanuel Makron hökuməti Parisin 30 ilə yaxın İrəvan və Bakı arasında münaqişənin nizamlanmasını nəzərdə tutan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmasını da bir kənara atıb. Əksinə, hər vəchlə iki ölkə arasında sülh sazişinin imzalanmasına qarşı çıxır, İrəvanı silahlandırır, anti-Azərbaycan qətnamələr, qərarlar və bəyanatlar qəbul edir.
Son hadisələr də onu deməyə əsas verir ki, Paris Cənubi Qafqazda sülh deyil, müharibə olmasında maraqlıdır. Məsələn, məhz E.Makronun təşəbbüsü ilə Azərbaycana qarşı bədnam qətnamə çıxaran Fransa Senatı erməni lobbisinin maraqlarının ifadəçisi olduğunu isbatladı.