Müğənni Çinarə Məlikzadə: “Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan” - FOTO

Müğənni Çinarə Məlikzadə: “Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan” - FOTO


Müğənni Çinarə Məlikzadə yeni mahnısını təqdim edib.
Empa TV yazir ki, o “Mən özüm gedərəm” adlı ifasına çəkilən klipi yayımlayıb. Sənətçi bildirib ki, mahnının sözləri Cəvahirə məxsusdur, musiqi prodüseri isə Afşin Azəridir. Bundan əlavə Məlikzadə açıqlama bölməsində yeni layihəsi ilə bağlı bunları yazıb:

“Bu mahnının klipini çəkəndə ağlıma gəlməzdi ki, dərdimi, sevincimi paylaşdığım tək dostum - atamın ölüm xəbərini eşidərəm. Sonuncu dəfə o gülən gözlərinə baxa bilmədim. Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan”.

Qeyd edək ki, Çinarənin atası Məlik bəy ötən ilin noyabrında metroda qəfil dünyasını dəyişmişdi.
Top