Prinsipini pozan İran: Tehran müsəlman dövlətlərinə qarşı - ŞƏRH + FOTO

Prinsipini pozan İran: Tehran müsəlman dövlətlərinə qarşı - ŞƏRH + FOTO


İran İslam Respublikası qurulduğu vaxtdan - 1979-cu ildən həmişə gərginlik ocağı olub. 1980-ci ildə İraqla müharibənin başlanması buna nümunə sayıla bilər. Tehran hakimiyyəti siyasətini problem yaradaraq guya onu həll etmək üzərindən həyata keçirir. Bir çox hallarda elə görünür ki, sanki İran bütün tərəflərlə əlaqə saxlayır, yaxud buna cəhd göstərir.

İslam Respublikasının başqa müsəlman ölkələri ilə münasibətlərini ən yaxşı halda “gərgin” adlandırmaq olar. Tehran İslam birliyindən danışmağı sevsə də, əslində vəziyyət daha acınacaqlıdır. Çünki o, uzun illər müsəlman ölkələri ilə müharibə vəziyyətində olub. İraqla savaşdan sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrdə gərginlik zaman-zaman silahlı qarşıdurmaya çevrilməyə yaxın olub. İrandakı siyasi-dini ideoloqlar bu ölkədəki təriqətə qarşı çıxış edib. Bundan başqa fars şovinizminin ərəblərə qarşı etnik düşmənliyini də bu məsələ adı altında pərdələyib.

Təxminən 10 il əvvəl Ər-Riyadın İranın Məşhəd şəhərindəki Baş Konsulluğunun binası yandırıldı. Sonra uzun müddət tərəflər arasında bütün əlaqələr kəsildi. Hətta, iranlı zəvvarların Həcc ziyarətinə getməsində belə problem yaranmışdı. Ötən ilin yazında iki müsəlman dövləti - İranla Səudiyyə Ərəbistanı arasında kommunist Çin Xalq Respublikası vasitəçilik etdi.




Tehran illərlə PKK terror qruplaşmasından Ankaraya qarşı istifadə edib, Türkiyə ilə İran arasında türk xəttini sıradan çıxarmaq məqsədi ilə Cənubi Azərbaycanla sərhəddə müxtəlif ölkələrdən köç etmiş kürdlərin yerləşməsinə şərait yaradıb.

İranın Bəhreyn, Küveytlə də münasibətləri gərgindir. BƏƏ ilə Tehran arasında Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adaları ilə bağlı mübahisə hələ də həll olunmayıb. 1979-cu il inqilabından sonra Məhəmməd Rza şah Misirə sığındığından İran bu ölkə ilə diplomatik əlaqəni, hətta şah öləndən sonra belə bərpa etməyib.

44 günlük müharibə zamanı İran hakimiyyətinin Ermənistan sevdası bir daha ifşa olundu. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu, diplomatik missiyanın əməkdaşının qətli və yaralanması hadisəsi də İranın yürütdüyü ümmətçilik siyasətinin saxta olduğuna dair çoxsaylı nümunələrdəndir.



Top