
Bakıda mağazada törədilən qətlin TƏFƏRRÜATI: “Əlində bıçaqla çıxdı, dedi yaxın gəlməyin”
Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, metronun “Koroğlu” stansiyasının qarşısındakı mağazalardan birində törədilən qətlin təfərrüatı məlum olub.
RTV-yə danışan hadisə şahidləri bildiriblər ki, qışqırıq səslərini eşidiblər:
“Mağazanın yaxınlığında dayanmışdıq. Əlində bıçaqla çıxdı, dedi yaxın gəlməyin”.