Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb - FOTO

Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb - FOTO


2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib.

“Empa TV” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17% çoxdur.

“O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1% artaraq 11,6 milyard ABŞ dollarına çatıb”, - deyə sədr qeyd edib.
Top